"Məsləhət deyilsə, yiyəsinə qismət" - Elnarə kişilərə səsləndi

Müğənni Elnarə Xəlilova sosial şəbəkədə kişi-qadın münasibətlərindən yazıb.  O, kişiləri xanımlarına laqeyd münasibət göstərməkdə ittiham edib:  "Bəzi kişilər elə bilir ki, gün başlayanda salam vermək və bitəndə sağollaşmaq münasibətlərə kifayət edir. Əslində, diqqət, qayğı göstərmək, sevildiyini bilmək xanım üçün çox önəmlidir.

Müğənni Elnarə Xəlilova sosial şəbəkədə kişi-qadın münasibətlərindən yazıb.  O, kişiləri xanımlarına laqeyd münasibət göstərməkdə ittiham edib:  "Bəzi kişilər elə bilir ki, gün başlayanda salam vermək və bitəndə sağollaşmaq münasibətlərə kifayət edir. Əslində, diqqət, qayğı göstərmək, sevildiyini bilmək xanım üçün çox önəmlidir. Sadəcə səmimi olun! Sizi heç kim heç nəyə məcbur etmir. Dürüst olun. Hiss etdiklərinizi deməyi bacarın. Vaxt öldürməyin. Xanımın içindəki xanımlığını öldürməyin. Əgər məsləhətdirsə, sahib çıxın. Deyilsə, yiyəsinə qismət. Adama boş yerə ümid verməyin... Sözü üzə deməyə cəsarətiniz çatsın!". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31