İş adamından Ebrunun bu libasına 50 min lirə

İllərdir səhnə libaslarını şəxsi saytında satışa çıxaran, əldə etdiyi pulu isə fond və dərnəklərə bağışlayan müğənni Ebru Gündeş daha bir xeyriyyə addımı atıb. 

İfaçı bu dəfə uşaqlara dəstək olmaq üçün libasını satışa qoyub. Hərracda açılış qiyməti kimi 2 min lirə (təxminən min manat) müəyyən edilsə də, libas gözlənilməz rekord qiymətə satılıb. İş adamlarından biri Ebrunun libasına 50 min lirə (təxminən 25 min manat) verərək onu alıb. 

Əldə edilən gəlir isə Uşaq Xidmətləri Baş İdarəsinə verilib. 

Axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31