Mədəniyyət
“Çempion” sənədli filmi təqdim olunacaq
Mayın 24-də Nizami Kino Mərkəzində “Çempion” sənədli filminin təqdimatı olacaq. Olaylar.az bildirir ki, dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən film sambo üzrə 9 dəfə dünya çempionu Ceyhun Məmmədovun həyat və fəaliyyətinə həsr olunub.
Bakıda “My Nakhcivan” sərgisi – FOTOLAR
“Gallery-1969”da tanınmış naxçıvanlı gənc fotoqraf Hüseyn Bağırovun “My Nakhchivan” (“Mənim Naxçıvanım”) adlı fotosərgisi açılıb. Sərgiyə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə Milli Məclisin deputatları qatılıb. Fotosərgidə əvvəlcə qonaqlar Naxçıvana həsr edilmiş videoçarxa baxıblar.
“Bir həftədə mənə iki elçi gəldi” – Xatirə
Aparcı İlham Mirzəyevin müğənni Xatirə İslamla bağlı dediyi sözlər müzakirələrə səbəb olub. Xatirə instaqram səhifəsində bununla bağlı paylaşım edib. O, bildirib ki, İlhamın dedikləri düzdür. Xatirə “ərə getmək istəyirsinizsə, İlhamın verilişində gedin. Getdim verilişə, bir həftədə mənə iki elçi gəldi” sözlərini deyib.
Uşaq rəsm festivalının açılış sərgisi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası,Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Azərbaycanım” adlı Respublika uşaq rəsm festivalının rəsm müsabiqəsinin açılışı olub.
Muzeydə rəqs axşamı
Azərbaycan muzeyləri tarixində ilk dəfə olaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlər Muzeyi tərəfindən təşkil olunan rəqs axşamı uğurla baş tutub. Olaylar.az bildirir ki, axşamda çoxsaylı rəqs vurğunları, musiqi və rəqs həvəskarları iştirak edirdi. Proqramda müxtəlif rəqslər: Azərbaycan xalq rəqsləri, vals, salsa, tanqo və başqaları təqdim olunub. Ustad dərsləri keçirilmiş və tanqo tarixinə, musiqi alətlərinə və tanqo etiketinə dair mühazirələr oxunulub.
Ərli qadınların yubkasında əxlaq axtaran Manaf Ağayev
Səmranın sinə dekoltesi tənqid edildi - FOTO
“İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq
Mayın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq. Olaylar.az bildirir ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, rəssamların şəxsi kolleksiyalarından seçilmiş incəsənət əsərlərinin, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədlərinin, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əsginasların və poçt markalarının nümayişi nəzərdə tutulur.
Səidədən ehtiraslı rəqs - VİDEO
Mehdi Məmmədov xatırlandı
Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabanda xalq artisti, görkəmli rejissor Mehdi Məmmədovun məzarını ziyarət edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Mehdi Məmmədovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb.
Osetiya Teatrının rəhbəri Musiqili Teatrda
Rusiyanın Şimali Osetiya–Alaniya Respublikasının Vladimir Txapsaev adına Dövlət Akademik Milli Dram Teatrının direktoru və baş rejissoru, Şimali Osetiya-Alaniya Respublikasının xalq artisti, Vladislav Kоliev Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.
Stilist Pərviz Emma Ələkbərzadəni tamam dəyişdi - VİDEO
Stilist Pərviz Mirzəyev müğənni Emma Ələkbərzadənin imicini dəyişib.
Xalq şairi rayondan Bakıya gətirilir: “Haldan düşüb...”
"Babamın danışığında, səsində, nəfəsində problem var. Hazırda İsmayıllının Buynuz kəndindədir, ev şəraitində müalicə alır. Əsas problemi halsızlıqdır".
Həyat yoldaşı greencard qazanan Elariz: “Toyları qoyub, heç yerə gedəsi deyiləm” – VİDEO
ARB Ulduz-un “Şou məkan” verilişinin qonağı olan müğənni Elariz Məmmədoğlu maraqlı açıqlamalar verib.














