Mehdi Məmmədov xatırlandı

Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabanda xalq artisti, görkəmli rejissor Mehdi Məmmədovun məzarını ziyarət edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Mehdi Məmmədovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb.

Olaylar.az bildirir ki, Mehdi Məmmədovun ailə üzvləri adından çıxış edən Əsəd Məmmədov görkəmli sənətkarın quruluş verdiyi tamaşalar, yetişdirdiyi tələbələr haqqında danışıb: "Teatr onun həyatı idi. Mehdi Məmmədov öz həyatını teatrsız təsəvvür edə bilmirdi, həyatın hər bir hadisəsini teatra qısqanırdı. Teatra olan hədsiz marağının nəticəsi idi ki, ruhani atasının iradəsi əleyhinə çıxıb bu sənəti seçmişdi. Ömrünün sonun qədər müəllim oldu, tələbələr yetişdirdi, teatrımızın inkişafı üçün əlindən gələni etdi".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovun anadan olmasının 100 illiyinin qeyd olunması münasibəti ilə Sərəncam imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31