Mədəniyyət

Xalq artisti səfir təyin olundu - FOTO

24 May 2018 13:30

Xalq artisti Elmira Rəhimova “Həyat” Fondunun səfiri təyin olunub. Bu haqda fondun təsisçisi Nuran Hüseynov xalq artistinə döş nişanını təqdim edib.

Zöhrə Abdullayeva: "Mənimçün həyat bitdi"

24 May 2018 11:58

Əməkdar artist Zöhrə Abdullayeva bu gün vəfat edən yeganə oğlu barədə ürək parçalayan sözlər yazıb.

Emin Ağalarov Əminəni yanından ayırmır – FOTO

24 May 2018 11:53

Tanınmış azərbaycanlı ifaçı Emin Ağalarov sosial media hesabında yeni fotolarını paylaşıb.

Musiqili Teatrda həftəsonu

24 May 2018 10:27

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu çox maraqlı olacaq. Olaylar.az bildirir ki, Musiqili Teatr 25 may saat 19:00-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanan möhtəşəm səhnə əsərinin premyerasını təqdim edəcək. 26 may saat 19:00-da milyonların sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızının iştirakıyla “Toya bir gün qalmış” (Ə.Səmədli) və 27 may saat 19:00-da “Hacı Qara” (M.F.Axundzadə) tamaşaları göstəriləcək.

Əkizlər Rozanı ələ saldı -  Qalmaqal böyüyür

24 May 2018 10:19

Müğənni Roza Zərgərli ilə Sevinc və Sevil Səfərovalar arasındakı qalmaqal getdikcə böyüyür. Bacıların sosial şəbəkədə R.Zərgərliyə söz ataraq mahnı oxuması qarşı tərəfi özündən çıxarıb. Zərgərli bir neçə verilişdə əkizlərlə ayrılma səbəbini açıqlayaraq, onların ünvanına sərt sözlər deyib. Ötən gün isə bacılar sənətçinin İnstaqramdakı bir paylaşımını öz səhifələrində yayımlayaraq, eyni sözləri yazıblar.

“Yeni nəsil dəvət edir” - Cümhuriyyətinin 100 illiyi

24 May 2018 10:18

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan   Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsini “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının tələbələrindən ibarət Xalq çalğı alətləri orkestri geniş konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində  reallaşıb.

Muğam Mərkəzində “Leyli və Məcnun” dastanı 

24 May 2018 10:14

Mayın 24-də Beynəlxalq Muğam Mərkəzində (BMM) bu qurumun və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun birgə reallaşdırdığı “Dastan gecələri” layihəsi çərçivəsində “Leyli və Məcnun” dastanı təqdim olunacaq.