Klassik musiqilər səslənəcək

Beynəlxalq Muğam Mərkəzində Mərkəzin "Klassik musiqi inciləri" adlı layıhəsı çərçivəsində konsert keçiriləcək.

Olaylar.az bildirir ki, layihə çərçivəsində  Azərbaycan və xarici klassik musiqi ifaçılarının iştirakı ilə dünya bəstəkarlarının ölməz əsərləri ifa ediləcək.

Mayın 31-də layihə çərçivəsində keçiriləcək konsertdə Əməkdar artistlər Təranə Əliyeva, Elçin Həşimov, Elnur Əhmədov, Ələkbər Ələkbərov və Rövşən Qurbanov, Fərid Quliyev, Nahid  Məmmədov, Aytən İbrahimova, Mehri Əsədulla iştirak edəcəklər.

Onların ifasında Azərbaycan və xarıcı ölkə bəstəkarlarının əsərləri səslənəcək.

Qeyd edək ki, konsertin  konsertmeystr Arzu Səfərovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31