İstanbulda azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılışı olub
24 May 2018 17:07 Mədəniyyət24 may tarixində Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Dəniz Muzeyinin birgə təşkilatçılığı ilə İstanbul Dəniz Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılışı olub.
Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev və İstanbul Vali köməkçisi İsmayıl Gültəkin sərginin açılışında iştirak ediblər.

Sərgidə məşhur rəssamlardan Rafiq Əzizovun, Emil Əzizin, Aqşin Kazımovun,Sakit Məmmədovun Azərbaycan Xalq Cümhuriyyəti dövrünü və görkəmli nümayəndələrini əks etdirən əsərləri təqdim edilib.


Sərgi mayın 27-nə qədər davam edəcək.
Mehdi Səlimov
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31