“Maşın” şounun ilk anonsu yayımlandı

Teleməkanın ən səs-küylü və qalmaqallı proqramı "Maşın" şounun 16-cı mövsümünün ilk anonsu yayımlanıb.

"Xanımlar və cənablar - 2" devizi ilə ekrana gedəcək şounun anonsunda şərqi simvolizə edən ornamentlərdən istifadə olunub.

Animasiya şəklində olan videoanonsda şounun 29 may tarixində, saat 22:15-də efirə gedəcəyi bildirilir.

Qeyd edək ki, bu dəfə də avtomobil uğrunda 18 nəfər mübarizə aparacaq.

Oxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31