Mədəniyyət

"Yaşın nə dəxli var, sevgi azaddır" - 65 yaşlı əməkdar artist

5 İyul 2018 10:08

Əməkdar artist Rühəngiz Allahverdiyeva "5/5" verilişinin qonağı olub. 65 yaşlı müğənni aparıcının sevgi ilə bağlı suallarını cavablandırıb. 

“Yuğ” Teatrında yeni tamaşa

5 İyul 2018 07:56

“Yuğ” Dövlət Teatrı mövsümə iyulun 15-də A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif” tamaşası ilə yekun vuracaq. Rejissor Günay Səttarovanın quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar Artist Vüqar Camalzadə, rejissor assistenti Sabir Məmmədovdur.

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda keçiriləcək

4 İyul 2018 11:56

Azərbaycan 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.

Ramiz Rövşəndən yeni kitab - UŞAQLAR ÜÇÜN

4 İyul 2018 09:30

Ramiz Rövşənin yeni kitabı çap olunub. Olaylar.az bildirir ki, şairin yeni çap olunan kitabı uşaqlar üçün nəzrədə tutulub. "Əlifba" adlanan kitab TEAS Press Nəşriyyat evinə məxsus olan “3 alma” əmtəə nişanı ilə çap olunub.

80 yaşlı xalq artisti açıqlamaları ilə hər kəsi şoka saldı - Video

4 İyul 2018 08:28

Xalq artisti Teymur Mustafayev “5/5” verilişinin qonağı olub. 80 yaşlı xanəndə ciddi pəhriz saxladığını 60 ildir günorta saat 4-dən sonra axşam yeməyi yemədiyini bildirib.

“Qarabağ Beynəlxalq Forumu”nun açılış mərasimi 

4 İyul 2018 08:23

Beynəlxalq Muğam Mərkəzində  “Qarabağ Beynəlxalq Forumu”nun açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, “Qarabağ Beynəlxalq Forumu” Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “Qarabağ” futbol komandası və Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir. Beynəlxalq Forumda Avropanın 20 ölkəsindən Azərbaycanlı tələbələr də daxil olmaqla 150 nəfər iştirak edir. 

Yeni tamaşanın məşqlərinə başlanıldı

4 İyul 2018 08:13

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin 3-cü rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına başlanılıb. Olaylar.az bildirir ki, iyulun 3-də tamaşanın ilk məşqlərinə start verilib və səhnə həlli ilə bağlı yaradıcı heyətlə müzakirələr aparılıb.