Milli rəqslərimiz Gürcüstanda

Gürcüstanın Batumi və Kobuleti şəhərlərində keçirilən "Морская гармония" adlı Beyəlxalq Folklor Festival-Müsabiqəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Binəqədi Mərkəzi Mədəniyyət evinin "Köhnə Bakı" rəqs qrupunun üzvləri ölkəmizi təmsil ediblər. Qrupunun təqdimatında milli rəqsələrimiz xarici tamaşaçıların böyük marağına səbəb olub və onlarda yaddaqalan xoş təəssürat yaradıb.

Olaylar.az bildirir ki, festival-müsabiqəyə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Ukrayna, Belarusiya, Latviya və İndoneziyadan 50 dən çox müxtəlif kollektivlər qatılıb. Qalibləri beynəlxalq dərəcəli, peşəkar xoreoqrflardan ibarət juri müəyyənləşdirib.

Yekun qala konsertdə ölkəmizi təmsil edən "Köhnə Bakı" rəqs qrupu "Ən yaxşı milli rəqs" nominasiyasında 3-cü yerə, vokal nominaiyasında isə müğənni Əli Quliyev xüsusi medal və diploma layiq  görülüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31