“Qarabağ Beynəlxalq Forumu”nun açılış mərasimi
Beynəlxalq Muğam Mərkəzində “Qarabağ Beynəlxalq Forumu”nun açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, “Qarabağ Beynəlxalq Forumu” Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “Qarabağ” futbol komandası və Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir. Beynəlxalq Forumda Avropanın 20 ölkəsindən Azərbaycanlı tələbələr də daxil olmaqla 150 nəfər iştirak edir.
4 İyul 2018 08:23 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Qarabağ Beynəlxalq Forumu"nun açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, "Qarabağ Beynəlxalq Forumu" Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Mədəniyyət, Gənclər və İdman nazirlikləri, "Qarabağ" futbol komandası və Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir. Beynəlxalq Forumda Avropanın 20 ölkəsindən Azərbaycanlı tələbələr də daxil olmaqla 150 nəfər iştirak edir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və "Qarabağ" futbol komandasının nümayəndəsi Arif Bayramov açılış nitqləri ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tədbirin əhəmiyyətindən söz açaraq gənclərə öz tövsiyələrini veriblər.
Tədbir bədii hissə ilə davam edib. Xanəndələrin ifasında qonaqlara "Qarabağ Qafqazın Mədəniyyət Mərkəzidir" adlı muğam proqramı təqdim edilib.
Gecədə Televiziya Muğam Müsabiqəsinin qalibləri Gülnar Qüdrətli "Sarı gəlin" xalq mahnısını, Orxan Hüseynli "Segah",Nurlan Namazov "Qatar" və Nisbət Sədrayeva "Şüştər" təsniflərini ifa ediblər.
Xanəndələri Əməkdar artistlər Sahib Paşazadə (tarda), Toğrul Əsədullayev (kamançada) müşayiət ediblər.
Beynəlxalq Forum öz işinə cari ilin 3 - 8 iyul tarixlərində Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bərdə şəhərində davam edəcək.