“Mən də bir Azərbaycan əsgəriyəm ”
İlhamə Quliyevanın əsgərlərə verdiyi konsertin təəssüratları
3 Noyabr 2014 15:10 MədəniyyətXalq artisti, "Şərəf", "Şöhrət" ordenli sənətkar, Prezident təqaüdçüsü İlhamə Quliyeva düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçular qarşısında "Səni tərənnüm edirəm, Azərbaycan əsgəri" adı altında canlı konsert proqramı ilə çıxış edib. Konsert Silahlı Qüvvələrin Şəmkir korpusunda Ali Baş Komandan İlham Əliyev tərəfindən açılışı olan Heydər Əliyev Mərkəzinin nəzdindəki "Əsgər" konsert salonunda baş tutub. Ustad sənətkar təəssüratını "Olaylar"la bölüşdü:
- Mənim şəxsi təşəbbüsüm əsasında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsertim uğurla başa çatdı. Məni və komandamı konsertə Müdafiə Nazirliyinin avtomobilləri apardı. Fürsətdən istifadə edib mənim təşəbbüsümü reallaşdırıb möhtəşəm formada təşkil edən Müdafiə Nazirimiz general-polkovnik Zakir Həsənova, korpus komandiri Milli qəhrəman, general-leytenant Rövşən Əkbərova, əməkdar mədəniyyət işçisi, polkovnik Abdulla Qurbaniyə və konserti işıqlandıran Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətin sədri Arif Alışanova təşəkkürümü bildirirəm. Azərbaycan əsgəri və hərbi qulluqçularla görüşüm məni bir daha əmin etdi ki, ordumuz yenilməzdir. Ali baş komandanımız İlham Heydər oğlu Əliyevin rəhbərliyi altinda Milli ordumuz tezliklə düşmən üzərində möhtəşəm qələbə çalacaq. Bu konsertin davamı digər düşmənlə təmas xəttində xidmət edən əsgərlər qarşısındada planlaşdırılır. Mən də bir əsgərəm. Ordusuna, dövlətinə, dovlətçiliyinə vicdanla xidmət edət Azərbaycan əsgəri. Mənə Azərbaycanın milli qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun Silahlı Qüvvələrin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının yüksəlməsi və mədəni istirahətlərinin təşkili üçün təqdim etdiyi fəxri fərman ordumuzun qarşısında məsuliyyətimi daha da artırdı. Yaşasın Azərbaycan Ordusu !!!"