Oya Ergün konsert proqramı ilə çıxış edib

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin məşhur opera ifaçısı Oya Ergün, "Fairmont Hotel Baku"də Türkiyənin cümhuriyyətin elan edilməsinin 91 illiyi münasibətilə Bakı Söhbət Toplantıları Klubunun (BST) təşkil etdiyi balo gecəsində konsert proqramı ilə çıxış edib. "Olaylar"ın məlumatına görə, Ergünü konsertində yaxın dostu, Türkiyəli ifaçı Engin Atalayda tək buraxmayıb. Belə ki, konsert zamanı Oya Ergün müğənni dostu Engin Atalayla duet şəklində, Türkiyənin və Azərbaycanın xalq mahnılarını ifa ediblər. Çox coşğulu keçən mərasimdə sənətçilər opera aryaların oxumaqla yanaşı sahnədə skripkada çalaraq dinləyiciləri heyran buraxblar. Onu da deyək ki, konsertdə Türkiyənin Azərbaycandakı səfir Alper Coşkun, Kiprin Azərbaycan səfiri Sadettin Topukçu, Türkiyənin Azərbaycandakı ictimai xadimləri və iş adamları iştirak ediblər. Məlumat üçün bildirək ki, Oya Ergünlə konsert vermək üçün, Bakıya gələn Türkiyəli ifaçı Engin Atalay skripka üzrə təhil almış. 2007-ci ildə "Ən Yaxşı Professional" ifaçı yarışmasının birincisi olmuş. Engin Atalay hazırda, Türkiyədə universitetdə musiqi üzrə dərs verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31