Hindistanın Azərbaycandakı səfiri Oksana Rəsulovaya "Rəqs ilahəsini" təqdim etdi
3 Noyabr 2014 12:25 MədəniyyətTanınmış azərbaycanlı rəqqasə, Hindistanın istedad müsabiqəsi "India's Best Cine Stars Ki Khoj" qalibi Oksana Rəsulova Bakıda baş tutan Divali bayramının fəxri qonağı olub. Tədbir çərçivəsində hind milli rəqslərindən və mahnılarından ibarət proqramm təqdim olunmuşdur. Oksana Rəsulova öz tələbələri ilə bu bayrama rənq qatmışdılar. Həmçinin tədbirdə Oksanın Hindistandakı möhtəşəm qələbəsinə həsr olunmuş videoçarx təqdim olunmuşdur. Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar Oksananı təbrik edərək ona "Rəqs ilahəsi" olan heykəlciki təqdim etmişdir. Səfirin sözlərinə görə, Oksanın bu yarışdakı qələbəsi bütün Azərbaycanın qələbəsidir.
Qeyd edək ki tədbir səfirliyin nəznində olan Hindistanın Azərbaycan assosiasiyası tərəfindən təşkil olunmuşdur. Oksana bu assosiasiyanın fəxri üzvüdür.