Mədəniyyət və Turizm Nazirliyi Londondakı sərgidə iştirak edəcək

3-6 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçiriləcək "WTM 2014" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat katibi Zöhrə Əliyeva, Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıncov, Regionlarda turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Aysel Əliməmmədova və Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aytən Əliyeva daxildir. Həmçinin sərgidə 14 yerli turizm şirkəti, "Geo Travel", "SW travel", "ENC tours", "The tour", "Turizm.az", "AL travel", "İmprotex travel", "ATA travel", "STİ travel", "Regea travel", "Proxy travel", "Gilan tourism", "Billur travel", "Millennium Tourism and Congress", 2 mehmanxana "Pik Palace", "Jumeirah Bilgah Beach hotel", həmçinin, "Azərbaycan Hava Yolları" təmsil olunacaqlar. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31