Bəstəkarlar İttifaqının 80 illik yubileyi keçiriləcək
31 Oktyabr 2014 17:00 MədəniyyətNoyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyi qeyd olunacaq. Yubiley tədbiri Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək. Tədbir boyu Musiqili Teatrda səhnələşdirilən operetta və musiqili komediyalara yazılmış musiqi nömrələrindən ibarət konsert proqramı təqdim olunacaq. "Musiqili Teatrın Simfonik Orkestrnin müşaiyətilə keçiriləcək konsert proqramında teatrımızın əməkdaşları - Əməkdar artist Səidə Şərifəliyeva, Gültac Əlili, Elvin Əliyev, Türkel Şabanova, Əliməmməd Novruzov və başqaları çıxış edəcəklər" deyə Azərbaycan Dövlət Musiqili Teatrın Baş drijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov əməkdaşımızla söhbətində bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31