Klassik musiqi konserti keçiriləcək
30 Oktyabr 2014 14:50 Mədəniyyət12-13 noyabr 2014-cü il tarixində CAR-ın Cohannesburq şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və CAR-da demokratiyanın bərqərar olunmasının 20 illiyinə həsr edilmiş "Qəbələdən Cohannesburqa. Müsiqi sərhəd tanımır" adlı, klassik musqi konserti keçiriləcək.
Tədbir Azərbaycan Respublikasının CAR-dakı Səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və CAR-da fəaliyyət göstərən "Azərbaycan Dostları" qeyri hökumət təşkilatının birgə təşkilatçılığı ilə təşkil edilmişdir.
Cohannesburq Filormonik Orkestrı istedadlı azərbaycanlı dirijor Yalçın Adıgözəlov, solistlər Səidə Tağı-zadə və Aleksey Miltyuxun iştirakı ilə Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov və başqa korifeylərin yaradıcılıqlarından klassik musiqiləri ifa edəcəklər. Konsert proqramına həmçinin Sevda İbrahimovanın ilk dəfə olaraq "Linder"konsert zalında səslənəcək "Etiraflar" adlı dünya premyerasıda daxil edilmişdir.