Aygünlə Namiqin yeni VİDEOSU
Keçmiş sevgililər yenidən bir arada olublar
30 Oktyabr 2014 10:04 MədəniyyətKüsülü sevgililər yenidən bir araya gəlib.ANS PRESS-in məlumatına görə, son bir neçə həftə ərzində yeni sevgilisi ilə nişanlandığı xəbəri ilə gündəmdə olan Xalq artisti Aygün Kazımovanın ötən gün sosial şəbəkədə keçmiş sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlu ilə birlikdə yeni videosu paylaşılıb."Qısqanıram" adlı ilk duetlərindən birini ifa edən müğənninin pərəstişkarları paylaşılan videoya rəy yazarkən onların bir araya gəlməsinə heç də sevinməyiblər. Divanın pərəstişkarlarının fikrinə görə, Namiqlə sevgili olmaq onun sənətinə mənfi təsir edir.Qeyd edək ki uzun müddət sevgili olan tərəflərin ayrıldıqdan sonra küsülü münasibətdə olduqları bildirilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31