Sərdar Ortaç şikayətləndi: "Mən kiməm ki..."

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç dünən sevgilisi Luiza ilə İstanbulun Reyna səmtində idi. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Türkiyədə son vaxtlar yaşanan teraktlarla bağlı bir çox müğənnilər Ramazan bayramı günlərində konsertlərini təxirə saldığı halda, Sərdar Ortaç bunu etmədi. "Çalışdığım şirkət belə addım atmadı. Biz də əmr quluyuq. Mənə konsertlərimi təxirə salmağı desəydilər, dərhal təxirə salardım. İşimi görürəm və deyiləni edirəm", - Ortaç deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31