100 manatlıq konsert olacaq

"A plus production-Ali Huseynov" və Samir Xattab birgə layihə hazırlayıblar. SİA-nın verdiyi xəbərə görə, 8 sentyabr saat 19:00-da "Kempinski Hotel Badamdar"da ""End Of The Summer Party" keçiriləcək. Gecədə Türkiyədən dəvət olunmuş DJ Erdi Ərdoğan, bizim DJ Çİna və tanınmış müğənni Sevda Yahyayeva iştirak edəcək. Fanatlarına səslənən Sevda Yahyayeva hər kəsi konsertinə dəvət edir: "Unudulmaz bir axşam yaşamaq istəyirsinizsə, mütləq konsertimə gəlin". Aparıcısı Ramin İbrahimov olacaq konsertin bilet qiymətləri 30-100 AZN-dir. Qeyd edək ki, gecədə bir çox sürprizlər də gözlənilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31