"Kuzey Güney"in sürprizi məhv oldu
27 Avqust 2012 20:20 MədəniyyətTürkiyədə populyar seriallardan olan "Kuzey Güney"in ötən mövsümdəki son seriyasında Rıza Kocaoğlunun oynadığı Ali güllələnmiş, dostunu oynayan Kıvanc Tatlıtuğun qollarında xırıldamışdı. Fəqət daha sonra Kocaoğlu serialın yeni mövsümlə bağlı toplantısına qatılmış və bu da "Əcəba, Əli ölmədi, yoxsa tamaşaçılar belə sandı?" suallarının yaranmasına səbəb olmuşdu. Əlinin ölüb-ölmədiyi serialın yeni seriyasının sürprizi olacaqdı. Di gəl, yeni seriyanın çəkilişləri zamanı fanatlardan biri qəbristanlıqdakı səhnəni və Əlinin sinə daşının fotolarını çəkərək Facebook-da yayıb. Fotoda Kuzeyin məzarı aşkar görünür. Bu da "Kuzey Güney"in sürprizini məhv edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31