Heydər Əliyev Fondu Almaniyada Azərbaycan mədəniyyətini təqdim edəcək
28 Oktyabr 2014 15:07 MədəniyyətAlmaniyanın Hannover şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günü keçiriləcək. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, tədbir çərçivəsində izləyicilər "Azərbaycanda alman izləri" fotosərgisi və "Almaniya bir rəssamın gözü ilə" müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış ola biləcəklər. Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. Fuad İbrahimovun dirijorluğu ilə keçəcək konsertdə milli və klassik musiqilər ifa ediləcək. Həmin gün qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan "Azərbaycanda alman izləri" kitabı da təqdim olunacaq. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb. Fondun qeyd olunan nəşri, eyni zamanda Azərbaycan incəsənəti nümunələri noyabrın 4-də Düsseldorf şəhərində təşkil olunaсaq tədbirdə də təqdim ediləcək. Həmin gün, həmçinin Düsseldorfer Şauşpilhaus konsert zalında Elçin Şirinovun caz qrupunun konserti olacaq. Konsertdə tamaşaçılar caz improvizasiyaları ilə yanaşı, ud və balabanda milli musiqilərimizi də dinləyə biləcəklər.