“Anarın qadağası ilə razılaşmalı oldum” - Etiraf
“Deyəsən, onu məndən başqa heç kim almayacaq”
27 Avqust 2012 16:16 MədəniyyətMüğənni Röya Ayxan xərclədiyi pullardan danışıb. Milli.Az-ın Day.Az-a istinadən məlumatına görə, Röya "ATV Maqazin" verilişinə açıqlamasında deyib ki, ən çox çanta və ayaqqabıya pul xərcləyir.
"Çanta və ayaqqabıya külli miqdarda pul xərcləyirəm. Nəsə alanda soruşmuram ki, neçəyədir. Həmin şeyi götürüb mağazadan çıxıram. Sonrası ilə Kənan məşğul olur. Hərdən mənə zəng edib qışqırır ki, "bu qədər şey sənin nəyinə lazımdır, onsuz da bir dəfə geyinəcəksən". Ona söz verməli oluram ki, üç dəfə geyinəcəm", - o qeyd edib.
Bir dəfə həyat yoldaşı çanta almağa qadağa qoyub.
"Bir dəfə qiyməti 8500 avro olan bir çanta xoşuma gəldi. Onu almaq istəyirdim, ancaq Anar icazə vermədi. Bu birinci dəfə idi ki, mənə nəyisə qadağan edirdi və mən bu qadağa ilə razılaşmalı oldum. Hələ də o mağazanın qarşısından keçəndə görürəm ki, həmin çanta vitrində dayanıb. Deyəsən, onu məndən başqa heç kim almayacaq", - o əlavə edib.