Məşhur aktrisaya şillə vurdular

Çəkilişləri İstanbulda davam edəcək "Sultan" serialının qəhrəmanı Nurgül Yeşilçay bir ildir bərabər olduğu sevgilisi, rejissor Tolqa Karaçeliki qızlarla birlikdə əylənərkən tutub.
Türkiyə mətbuatının yazdığına görə, N. Yeşilçay sevgilisinin əyləndiyi məkana gedib. Deyilənlərə əsasən, cütlük dalaşıb və T. Karaçelik N. Yeşilçaya şillə vurub.
İddianın heç də doğru olmadığını deyən aktrisa bunları bildirib: "Üçümüz əylənmək üçün getdiyimiz məkandan oğlumu yatırmaq üçün erkən ayrıldım. Tolqa dostlarımızın yanında bir az artıq qaldı. Sonra hamısı birlikdə evə gəldilər. Tolqa ilə hər hansı davamız olmadı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31