Aygün Kazımovanın Əbülfəz Elçibəyə həsr etdiyi mahnı VIDEO
Mahnı mərhum eks-prezidentin seçki kompaniyasının bir hissəsi olub
27 Avqust 2012 15:44 MədəniyyətAzərbaycanın xalq artisti Aygün Kazımovanın eks-prezident Əbülfəz Elçibəyə həsr etdiyi mahnı sosial şəbəkələrdə geniş yayımlanmağa başlayıb. ANS PRESS-in məlumatına görə, mahnı mərhum Əbülfəz Elçibəyin son günlər zəhərlənmə xəbərləri ilə gündəmə gəlməsi ilə yada düşüb. Eks-prezidentin seçki kompaniyasının bir hissəsi olan mahnının sözləri Ramiz Rövşənə, musiqisi Cavanşir Quliyevə məxsusdur. Xatırladaq ki, Əbülfəz Qədirqulu oğlu Elçibəy (əsl soyadı Əliyev; 24 iyun 1938 - 22 avqust 2000) - Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993). Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezidentdir.