“Dərvişin qeydləri”
27 Avqust 2012 15:29 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm " kinostudiyasında "Dərvişin qeydləri" adlı yeni film çəkilir. Nazirliyin məlumatına görə, tarixi detektiv janrında olan, Xalq artisti Eldar Quliyevin quruluş verdiyi filminin bəstəkarı, Xalq artisti Səyavuş Kərimi, ssenari müəllifi İlqar Fəhmi və Eldar Quliyevdir.
Çəkilişləri Salyanda və Şəkidə, eyni zamanda, kinostudiyanın pavilyonunda aparılan ekran əsərində Xalq artisti Fuad Poladov, əməkdar artistlər Şövqi Hüseynov, Cəfər Namiq Kamal, Pərviz Məmmədrzayev, aktyorlar Rafiz Mehdizadə və başqaları rol alıblar. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31