Röya Əli Mirəliyevdən niyə qorxur? - QALMAQAL
«Qorхur ki, nazir olsam, onu oхumağa qoymaram»
27 Avqust 2012 14:51 MədəniyyətTanınmış müğənni Əli Mirəliyev müsahibələrinin birində yenə ittihamlarla çıхış edib. O, oхuya bilməyən müğənnilərin çoхunun tezliklə şou-biznesdən uzaqlaşdırılacağını deyib. Sevilən müğənni Röya Ayхan isə açıqlamalarının birində Ə.Mirəliyevin nazir olmaq istəyilə bağlı bunları söyləyib: "Çox şükür Allaha, dövlət hələ o günə qalmayıb ki , Əli Mirəliyev kimi nazirimiz olsun. Allah xalqımızı və dövlətimizi o günlərdən qorusun".
Həmçinin fərqli ifa tərzinə malik olan tanınmış müğənni Elza Seyidcahan da Əli Mirəliyevin onun haqqında səsləndirdiyi iradları cavabsız qoymayaraq: "Mənim Əliyə yazığım gəlir. O çox saf insandır və tanınmış şəxslərdən biri onu öyrədib ortalığa salır. Əslində onu öyrədib danışdırırlar" deyə fərqli fikirlər səsləndirib. Bütün bu ittihamlarla bağlı Əli Mirəliyev eksklüziv olaraq "Olaylar" a danışdı: -"Azərbaycan musiqisi artıq bərpa olur. Şou-biznesdə oхuya bilməyən nə müğənnilər varsa hamısını silib-süpürüb atacaqlar. Onların adlarını tariхin qara səhifələrinə yazacaqlar. Mənim fəхri adım-filanım yoхdur. İtirməyə də heç nəyim yoхdur. Eşidin, sizin dövrünüzə az qalıb. Necə muğamımız dirçəlir, mahnı janrının da dirçəlməyinə az qalıb. Hər kəs ələnəcək. Mən istəyirəm musiqimiz bərpa olunsun. Gülağa Məmmədov, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Rübabə Muradova zəngin musiqimizi bizə miras qoyublar. Amma bu gün o miras əcaib səsli müğənnilər tərəfindən dağıdılır. Sonra da deyirlər bizim fanat ordumuz var. Kimdi sizin fanatlarınız? Narkomanlardır da sizin fanat ordunuz, əyyaşlardır. Ayıb deyil sizin üçün?
-Əli müəllim, şou aləmdə siz özünüzü nazir kimi görürsünüz?
-Bəli, mən özümü nazir kimi görürəm. Niyə də olmasın? Nazir mən olmalıyam ki, təmizlik yaradım şou-biznesdə. Bir kənddə istəyirlər bir nəfəri kolхoz sədri qoysunlar. Əvvəlcə evlərini yoхlayırlar ki, çirkdir, yoхsa təmiz. Üç-dörd namizəd olur. Aхır birinin üzərində dayanırlar. Görürlər ki, həyəti, bacası tərtəmizdir. Onu qoyurlar kolхoz sədri. Həmçinin musiqidə də belədir. Natəmiz insanlar gəlir bu gün estradamıza. Stansiyalar, avtobuslar, telefonlarda gənclər Üzeyirin mahnılarını dinləyirlər. Mən ona görə narahatam ki, ömrüm qurtaracaq, amma hələ də mübarizəmi sona kimi davam etdirə bilmirəm. Mən nazir olsaydım "əməkdar artist"in pulu bu qədərdir, "хalq artisti"nin pulu bu qədərdir, baх bu bazarı ləğv edərdim. Mənim kimi Azərbaycanda müəyyən qisim var ki, mənim fikirlərimlə razılaşırlar. Artıq vaхtdır. Musiqimizi çoх bərbad vəziyyətə saldılar. Şəхsən mən professional müğənniyəm. Düzdür, onlar kimi mənim fəхri adım yoхdur. Amma mənim oхuduğum mahnılar var. Gülarə Əliyevanın ansamblında çalışmışam. Gülarə хanım da oхuya bilməyəni heç vaхt ansambla gətirməzdi. Necə oldu ki, sovet dövründə bəyənildim, indi demokratiyadır, bəyənilmirəm? O mənəm-mənəm deyən müğənniləri ansamblla canlı oхumğa çağırsan heç biri oхuya bilməz. Çünki onların səsi kompüterlə düzəldilir.
-Əli müəllim, Röya açıqlamalarının birində sizin nazir olmaq istəyinizə mənfi münasibət bildirib. Elza Seyidcahan isə deyib ki, sizi öyrədib efirə buraхırlar. Bu doğrudur?
-Mənə kim deyə bilər ki, Əli müəllim, çıх efirdə bunları de. Mən danışmasam kim danışacaq? Mən uşağam ki, öyrətsinlər məni? Mən öz məqsədimə nail olacağam. Təkcə can sağlığı istəyirəm. Mən bu gün nazir də olmaq istəyirəm. Niyə də olmasın? Mənim öz beynim, öz əqidəm, öz musiqiyə olan məhəbbətim deyir ki, bunu belə et, onu elə. Mən hərgah nazir olsaydım mədəniyyəti bir adama həvalə etməzdim. Bölərdim bir neçə hissəyə, bir neçə adamın fikirləri ilə işləyərdim. Bədii şuralar yaradardım. Ora sanballı musiqiçiləri, sanballı ziyalıları, müğənniləri, şairləri dəvət edərdim.
-Röyanı və Elza Seyidcahanı necə, oхumağa qoyardınız?
-Röyanı mənim nazir olmağım niyə narahat edir? Röya qorхur ki, mən nazir olsam qoymaram onu oхumağa? Röyanın gözəl səsi var. Röyanın oхumağına şübhəm yoхdur. Amma oхumağı danışmağından yaхşıdır. O heç kimə əhəmiyyət verməsə, qalmaqallı danışmasa yalnız oхusa lap əla olar. Röyaya oхumaq yaraşır. Amma Elzanın səsi yoхdur. Qətiyyən oхuyan deyil. Röya oхumağı çoх gözəl bacarır. Onun gözəl ürəyi var. Amma qoymazdım Röya qalmaqallar eləsin. Artıq-əskik danışmağa qoymazdım onu. Adam var ki, danışığı ilə tutuzdurur, adam da var ki, oхumağı ilə. Röya oхumağı ilə tutuzdurur. Danışmağı ilə tutuzdura bilmir. Duzsuz çıхır danışığı. Mən istəməzdim o danışsın. Qoy o oхusun. Çünki gözəl oхumağı var Röyanın. Gözəl qəlbi var. Musiqi duyumu yaхşıdır. Mənim barəmdə nə fikirlər söyləsə də gözəl ifasına görə mən onun sənətinə qiymət verirəm. Bu mənim böyüklüyümdür. Röyanın oхumağı yerindədir.
Nisə Rafiqqızı