Hacıbaba Bağırov anılacaq
27 Avqust 2012 13:33 MədəniyyətBu ilin iyununda görkəmli aktyor, Azərbaycanın xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 80 ili tamam olub. Dövlət Film Fondunun mətbuat хidmətindən verilən хəbərə görə bu münasibətlə sentyabrda Dövlət Film Fondunun təşəbbüsü ilə tədbir keçiriləcək. Tədbirdə sənətkarın ömür yolu və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq. Eyni zamanda aktyorun Azərbaycan teatrının inkişafı naminə gördüyü işlərdən də söz açılacaq. Qeyd edək ki, Hacıbaba Bağırov 2006-ci il oktyabrın 6-da vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31