Nizami Kino Mərkəzində əlillər üçün kino nümayişi
22 Oktyabr 2014 20:15 MədəniyyətOktyabrın 21-də Nizami Kino Mərkəzində bir qrup əlil üçün pulsuz film nümayiş olunub. Mərkəzdən Lent.az-a verilən məlumata görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciət edib. Müraciətə əsasən nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bir qrup gənci "Mahmud və Məryəm" filminə tamaşa edib. Reabilitasiya Mərkəzinin koordinatoru Xuraman Əhmədova, Sağlamlıq Mərkəzinin direktoru Rəhilə Həsrətova və gənclərin adından kinomərkəzin əməkdaşlarına təşəkkürünü bildirib və belə xeyirxah aksiyaların mütəmadi keçirilməsini arzu edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31