"Xoşqədəmin toyundan xəbərimiz yoxdur"

ATV-nin məşhur “Səni axtarıram” verilişinin aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızının türkiyəli müğənni Doğuşla ailə həyatı qurması haqda xəbərlər yayılıb

Sosial şəbəkələrdə və yerli mediada yer alan məlumatlara görə, X.Hidayətqızının ötən gün Türkiyədə toy mərasimi keçirilib. Mərasimdən çəkilən fotolar da diqqət çəkib. Tanınmış aparıcının ailə qurması xəbəri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Bir çoxları bu xəbərin reklam xarakterli olduğunu iddia edərək X.Hidayətqızının Doğuşla evlənməsinə inanmadıqlarını bildirirlər. Biz də aparıcının özü ilə əlaqə saxlayıb bu dedi-qodulara aydınlıq gətirmək istəsək də X.Hidayətqızı telefolara cavab verməyib. Daha sonra X.Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinin əməkdaşları ilə əlaqə saxlamağa müvəffəq olduq. Onlar da bu mövzu barədə danışmaq istəməyiblər. ATV-nin tanınmış prodüseri Nəmənd Rüstəmov da Xoşqədəm Hidayətqızının Doğuşla evlənməsindən xəbərsizdir. "Bu haqda məlumatım yoxdur. Bilmirəm", - deyə qeyd edən N.Rüstəmov hazırda Xoşqədəm Hidayətqızının harada olmasından da məlumatlı deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31