Afaq Bəşirqızı qulluqçuluq edəcək
22 Oktyabr 2014 12:58 MədəniyyətOktyabrın 25-i 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını yeni quruluşda təqdim edəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, operettanın quruluşçu rejissoru xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimova, drijoru Fəxrəddin Atayev, konsertmeystri Zülfiyyə xanım Sadıxovadır. 2 gün nümayiş olacaq tamaşada rolları hər dəfə müxtəlif aktyorlar ifa edəcək. Məşədi rolunu 3 aktyor - əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev və Şövqü Hüseynov, Gülnazı əməkdar artist Səidə Şərifəliyeva və Gültac Əlili, Sənəm obrazını isə xalq artisti Afaq Bəşirqızı, və əməkdar artist Naidə Orucova canlandıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31