Ərəblər Məryəm Üzərliyə milyonlar “tökür”
Aktrisa ərəblərə 2 milyon dollar müqabilində “hə” deyib
22 Oktyabr 2014 10:34 MədəniyyətTürk əsilli Almaniya aktrisası Məryəm Üzərli nəhayət, ona edilən iş təkliflərindən birinə razılıq verib.ANS PRESS-in məlumatına görə, Almaniyanın Berlin şəhərində yaşayan aktrisa Məryəm Üzərli ərəblərlə razılığa gəlib. Dubay şəhərindəki kino şirkəti ilə anlaşan aktrisa yeni teleseriala çəkilmək təklifinə 2 milyon dollar müqabilində "hə" deyib. Ərəb şirkət Üzərliyə 1,5 milyon dollarlıq "Dubai Marina"da bir ev də hədiyyə edib. Hələ bu azmış kimi, üstəlik ona bir cip də veriblər.Artıq Dubayın "MB3" telekanalı aktrisanı gələn həftə üçün qarşılamağa hazırlaşır. Ərəb pərəstişkarları da sosial şəbəkədə "səni səbrsizliklə gözləyirik" kimi sözlər yazırlar.Xatırladaq ki, Məryəm Üzərli Azərbaycan tamaşaçısına "Muhteşem Yüzyıl" serialında canlandırdığı "Hürrəm Sultan" obrazı ilə tanınır. Aktrisa oynadığı həmin rolla fenomenal populyarlıq qazandı.