İlhamə Quliyevadan təzə xəbər var VIDEO

Xalq artisti artıq süni nəfəs aparatından ayrılıb

Ötən gün ürəyindən əməliyyat olunan xalq artisti İlhamə Quliyeva suni nəfəs aparatından ayrılıb. Onun vəziyyətinin normal olduğu bildirilir. Xalq artistinin prodüsseri Lamiyə Ələkbərovanın ANS-ə verdiyi məlumata görə, İlhamə xanım artıq yaxınları ilə də görüşüb."Həkimlər dünən axşam saat 21.00-22.00 radələrində İlhamə xanımı süni nəfəs aparatdan ayırdılar. O, ayılıb və vəziyyəti normaldır. Axşam saat 23.00-da oğlu Orxan və mən yanında idik. O, özünü yaxşı hiss etdiyini dedi. Bizə yatıb dincəlməyimizi məsləhət gördü. Bu gündə reanimassiyada qalacaq. Sabahdan isə artıq palataya köçürüləcək", - deyə Lamiyə Ələkbərova bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31