İlhamə Quliyevanı əməliyyat edən həkim danışdı VIDEO

Rəşad Mahmudov: “Hər şeyin stabil gedəcəyi təqdirdə, bazar ertəsi onu palataya yerləşdiriləcəyik”

Xalq artisti İlhamə Quliyevanın ürəyində aparılan və 4.6 saat yarım davam edən cərrahiyyə əməliyyatı uğurla başa çatıb. İlhamə xanımı əməliyyat edən Mərkəzi Nefçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri, həkim Rəşad Mahmudov şuntlama əməliyyatının üğurlu keçdiyini bildirib.ans Onun sözlərinə görə, hazırda xəstə reanimasiya şöbəsinə köçürülüb: "Xəstə 6-8 saata yaxın süni tənəffüs aparatına bağlı olaraq nəzarətdə saxlanacaq. Hər şeyin stabil gedəcəyi təqdirdə, həftənin bazar ertəsi günü isə onun palataya yerləşdiriləcəyik".Həkim deyir ki, müğənni 6-7 gün xəstəxanada qaldıqdan sonra isə evə buraxılacaq.Ümumilikdə isə 6-8 həftə reabilitasiya mərhələsindən sonra İlhamə xanım sağlam bir ürəklə sevənləri ilə görüşə biləcək.Qeyd edək ki, xalq artisti ötən gün ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31