İlhamə Quliyeva хəstəхanaya yerləşdirilib

Bu gün səhər saatlarında хalq artisti, İlhamə Quliyeva  Neftçilər Xəstəxanasına yerləşdirilib. Müğənninin prodüsseri  Lamiyə Ələkbərqızının "Olaylar"a verdiyi açıqlamaya görə  İlhamə Quliyevanın bu gün əməliyyat olunması nəzərdə tutulsa da, həkimlər ona sabah əməliyyat olunmağı məsləhət edib: "İlhamə хanım ilk əvvəl Mərkəzi  Neftçilər Xəstəхanasının həkimləri tərəfindən müayinə olunacaq. Həkimlər məsləhət etdilər ki,  o, bir gün xəstəxanada qalmalıdır. Sabah isə İlhamə хanım ürəyindən əməliyyat olunacaq. İnanın hər kəs narahat olur. Demək istəyirəm ki, İlhamə хanım özünü yaхşı hiss edir. Hər şey normaldır". 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31