Eldar Qasımov Ukraynada klip çəkdirdi

Klipin tizeri bazar ertəsi nümayiş olunacaq

"Eurovision" tarixinə qalib kimi düşən azərbaycanlı müğənni Eldar Qasımov (Ell) Ukraynada klip çəkdirib. Sənətçinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, sözügedən klipin tizeri 2012-ci ilin avqustun 27-də nümayiş olunacaq. Ell-in fanatları onun Kiyevdə çəkdiyi "Im Free" adlı klipin tizerini bu yaxınlarda görməyə müvəffəq olacaqlar. Bu imkanı onlar 27 avqust tarixində əldə edə biləcəklər. Onlar tizeri http://www.youtube.com/TheEllofficial saytında izləyə bilərlər. "Im Free"yə çəkilən klipin premyerası cari ilin sentyabrı üçün planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31