"Eurovision" təmsilçimiz bu axşam Azərinin qonağı olacaq

“Azərinlə bir Avaz” verilişinə həmçinin makedoniyalı Yelena Velevska dəvət edilib

"Eurovision 2012" təmsilçimiz Səbinə Babayeva Türkiyədə fəaliyyət göstərən Azərbaycanın əməkdar artisti Azərinin qonağı olacaq. ANS PRESS-in məlumatına görə, Səbinə Babayeva sənətçinin təqdim etdiyi "Azərinlə bir Avaz" verilişinin budəfəki qonağıdır. "Eurovision" təmsilçimizlə yanaşı sözügedən verilişin daha bir qonağı makedoniyalı Yelena Velevska olacaq.

Qeyd edək ki, artıq xeyli müddətdir ki, qardaş ölkədə çalışan Azərin Türkiyənin TRT Avaz telekanalında aparıcılıq edir. Müğənni aparıcılıq etdiyi "Azərinlə bir Avaz" verilişində Azərbaycan mədəniyyətini, musiqisini yüksək səviyyədə təbliğ edir. Veriliş bu gün Bakı vaxtı ilə saat 22.00-da yayımlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31