Məşhur aktyorlar Şəfiqə Məmmədovanı seçdilər

Azərbaycanın bir qrup tanınmış incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) üzv olublar.
İttifaqdan Trend-ə verilən məlumata görə, onlar xalq artistləri Mərahim Fərzəlibəyov, İlham Namiq Kamal və Arif Quliyev, əməkdar artistlər Əjdər Həmidov, Mehriban Xanlarova və Sabir Məmmədovdur.
Bu artistlər ARKİ-yə üzv olmaq üçün etdikləri müraciət əsasında İttifaqın qəbul komissiyası tərəfindən üzvlüyə qəbul olunublar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31