Türk dünyasının şairlər otağında Hüseyn Cavid də yer alacaq

Türkiyənin Yalova şəhər bələdiyyə başçısının məsləhətçisi Şəmsəddin Şəkərin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Hüseyn Cavidin Ev Muzeyində olub. Görüş zamanı Ş.Şəkər bildirib ki, Azərbaycandakı səfirliyimin mədəniyyət attaşeliyi ilə birgə reallaşdırılacaq layihə çərçivəsində Yalovada "Türk dünyası şairlər otağı" muzeyini yaratmaq niyyətindədirlər" Həmin muzeydə türk dünyasını bir-birinə yaxınlaşdıran, həyatlarını bu işə həsr edən söz adamları, istiqlal şairləri barəsində materiallar toplanacaq. İndiyədək yaşayıb-yaratmış böyük türk şairlərindən 40 nəfəri haqqında müxtəlif materiallar - kitablar, broşürlər, filmlər, fotolar və s. muzeydə nümayiş etdiriləcəkdir. Mövzularla bağlı sənədli filmlərin çəkilişi də nəzərdə tutulur.
Ş.Şəkər Azərbaycandan da dörd böyük istiqlal şairinin - Hüseyn Cavid, Əhməd Cavad, Məhəmmədhüseyn Şəhriyar və Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının gənc nəslə, o cümlədən turistlərə tanıtmaq, təbliğ etmək istəyində olduqlarını bildirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31