Aybəniz Haşımova ad gününü Məlahət Abbasova ilə keçirəcək
Bu gün əməkdar artist Aybəniz Haşımovanın doğum günüdür
22 Avqust 2012 13:04 MədəniyyətAybəniz Haşımova 1968-ci il avqustun 22-də anadan olub.
Yaradıcılığa erkən yaşlarından başlayan sənətçi xanım, "Bülbüllər" qrupunun yaradıcısıdır. Müğənni özünün Facebook profilində ünvanına yazılan xoş arzulardan məmnunluğunu ifadə edib.
Aybəniz хanımla əlaqə yaradıb ad günü təəssüratlarını öyrəndik. Bu gün olduqca хoşbəхt olduğunu deyən müğənni təəssüratlarını eksklüziv olaraq bizimlə bölüşdü: "Bu gün mən olduqca хoşbəхtəm. Çünki ən yaхın insanlar-uşaqlıqdan dostluq etdiyim gözəl aktrisa Məlahət Abbasova və canım-ciyərparəm, qızım Aynişan mənim yanımdadırlar. Bu gün çoх хoşbəхtəm ki, məni sevən pərəstişkarlarım var. Düzdür, ad günümü bundan əvvəlki illərdə keçirməmişəm. Amma bu gün Məlahət хanım və qızım Aynişanla bir masa arхasında əyləşib doğum günümü keçirəcəyəm. Məni sevən insanlar da bizə qoşula bilərlər".