Məhşur cütlük rəsmən boşandı

Dünya şöhrətli Hollivud ulduzları, məhşur cütlük Tom Kruz və Keti Xoms rəsmən boşanıb. Bu barədə xarici KİV məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, nikahın boşanması Hollivudun ən səs-küylü hadisəsi kimi yadda qalıb. Cütlüyün boşanma prosesi 2 ay çəkib. Məlumata görə, cütlük artıq rəsmi qaydada ayrılıb və sərbəst həyat tərzi yaşayır.
Xatırladaq ki, məhşur cütlük 2006-cı ildə İtaliyada ailə həyatı qurmuşdular. Onlar uzun illər Hollivudun ən bərk nigahlı ailələrindən olub. Hələlik boşanmanın dəqiq səbəbləri məlum deyil və bununla bağlı tərəflər də açıqlama verməyib. Tom Kruzun 50, Keti Xomsun isə 33 yaşı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31