Azərbaycanlı müğənninin bu şəkillərindən çox danışılacaq...
Ayan Babakişiyevanın cazibəsi Bodrumu yandırıb-yaxdı
22 Avqust 2012 10:37 MədəniyyətMilli.Az xəbər verir ki, tanınmış estrada ulduzu Ayan Babakişiyeva günlərlə davam edən Bodrum istirahətini tamamlayaraq Bakıya qayıdıb. İstirahətinin dadını çıxaran müğənni səfəri zamanı fotokameralar qarşısına keçməyi də ikinci plana keçirməyib.Təqdim etdiyimiz fotolarda Ayanın cazibəsi özünü açıq şəkildə göstərir. Yandırıb-yaxan, cəsarətli pozalar verməkdən çəkinməyən müğənni Bodrumda anası və İstanbulda çalışan qardaşı Samirlə birlikdə dincəlib.Azərbaycana qayıdar-qayıtmaz o, yenidən yaradıcılıq işləri ilə məşğul olmağa başlayıb."Yetərincə müsbət enerji topladığım üçün qərar verdim ki, mahnılarımdan birinə klip çəkilsin. Heç düşünmədən söz və musiqisi Xanım İsmayılqızına məxsus olan "Ya ona dön" mahnımı ekranlaşdıran rejissor Ceyhun İbrahimoğluna müraciət etdim. Diqqətli oxucular təsdiqləyərlər ki, "Məni anla" hitimi, məhz "Ya ona dön"ün davamı kimi qiymətləndirmişdim.Mahnının bəstəkarı Xanım İsmayılqızı da bunu rəhbər tutub yazıçı-jurnalist Rəşad Məcidin sözlərinə ikinci bir hiti ərsəyə gətirdi. Artıq Ceyhun və komandası ssenarini hazırlayıblar. Çox yaxın günlərdə çəkilişlərə başlayacağıq. Ümidvaram ki, uğur bizimlə olacaq", - deyən müğənni fikirlərini belə izah etməyə çalışdı.