Ququşdan Azərbaycan etirafı - Facebookda
21 Avqust 2012 23:45 MədəniyyətƏslən azərbaycanlı olan məşhur İran müğənnisi Ququş (Faiqə Atəş) Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ ilə bağlı sosial şəbəkədə ürək sözlərini yazıb."Qafqazinfo"nun məlumatına görə, İranın Şərqi Azərbaycan vilayətində baş verən güclü zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi məşhur müğənnini də kədərləndirib. Facebookda rəsmi səhifəsində yazdığı statusda Ququş kədərini belə ifadə edib: "Qardaş, bacı, bizim ölkəmizdə bu sözlər artıq dağların arxasında qalıb. Sənə qurban olum, mən özüm də azəriyəm. Əgər bu sözlərimə inansanız, bilərsiniz ki, ürəyim yanır. Mənə qulaq asmağa gələn hər kəsin istəyirəm ki, dodaqları da gülsün. Hər gün ağlayırıq, qurtarmır? Canım sizə qurban"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31