Madonnanın konsertində biabırçılıq

Pop musiqinin kraliçası kimi tanınan Madonnanın İsveçrədəki konsertində xoşagəlməz hal yaşanıb

ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, amerikalı pop ulduz çıxdığı dünya turnesi çərçivəsində İsveçrədə təşkil konsertində xəyal qırıqlığına uğrayıb. Belə ki, Zürix şəhərində konsert üçün icarəyə götürülən 40 min nəfərlik stadiona ən yaxşı halda 20 min nəfərin gəldiyi bildirilib. Madonnanın 2008-ci ildə Zürixdə verdiyi konsertə o zaman da az adam gəlmişdi. Səhnə performansı bəyənilməyən Madonna yenidən gəldiyi Zürixdə axtardığını tapmayıb.Konsertdən sonra açıqlama verən musiqi tənqidçiləri Madonnanın modasının keçdiyini bildiriblər: "Madonna 1980-cı illərdən qalma musiqisi ilə yeni nəslə xitab etməkdən çox uzaqdır. Üstəlik artıq səhnə şouları heç kimi təəccübləndirmir. Bu, Madonnanın sonuncu Zürix konserti ola bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31