Türkiyədə yaşayan azərbaycanlı müğənni bibi oldu
Yeganə Akbudakın qardaşı oğlu dünyaya gəlib
21 Avqust 2012 14:47 MədəniyyətMilli.Az xəbər verir ki, türk vətəndaşı Fatih Akbudakla ailə qurub İstanbula gəlin köçmüş populyar estrada müğənnisi Yeganə Akbudak (Mürsəlova) bir neçə gündür, vətəndədir. Əldə etdiyimiz məlumata görə, müğənninin qardaşı Bəhruz ata olub."Sevincimin həddi-hüdudu yoxdur. Əzizlərimi görmək üçün Bakıya gəldim, ikiqat sevinclə qarşılaşdım. Hə, bibi olmuşam. Nəslimizin davamçısına Yusuf adını yaraşdırdıq. Maşallah, körpənin səhhəti çox yaxşıdır", - Yeganə ürəyindən keçənləri bu sözlərlə bölüşdü.Söhbətimiz zamanı sənətçidən nə səbəbdən yaradıcılığına fasilə verməsi ilə maraqlandıq: "Deməzdim ki, fasilə vermişəm. Çünki sentyabr-oktyabr aylarında növbəti musiqi albomumu təqdim etmək niyyətindəyəm. İnşallah, vulkan kimi birdən püsgürəcəyəm".