"Muhteşem yüzyıl": tamaşaçıları şok gözləyir
Türkiyənin ən populyar serialına çevrilmiş "Muhteşem yüzyıl" yeni mövsümə çox güclü, yenilənmiş aktyor heyəti ilə başlamaq niyyətindədir
19 Avqust 2012 01:04 MədəniyyətMilli.Az Star-a istinadən bildirir ki, yeni mövsüm ərəfəsində heyətinə Pelin Karahan və Ozan Güvenlə yanaşı, "Ezel" serialındakı Ramiz dayı obrazı ilə məşhurlaşmış aktyor Tuncel Kurtizi qatmış "Mühteşem yüzyıl"da daha bir yenilik olacaq.Serialı çəkən Tims Productions şirkəti indi "Ezel" serialında baş rollardan birini oynamış aktrisa Cansu Dere ilə danışıqlar aparır.Nümayişi 2014-cü ildə başa çatması planlaşdırılan "Müşteşem yüzyıl"da Dereyə şahzadə Mustafanın arvadı Rumeysa Haseki Sultan rolunun təklif ediləcəyi gözlənilir.Pelin Karahan serialda Mişrimah Sultan, Ozan Güven - Rüstəm Paşa, Tuncel Kurtiz isə Əbu Suud Əfəndi rollarını oynayacaqlar.