Nyu-Yorkda Nizami sərgisi
17 Avqust 2012 16:53 Mədəniyyətnyu-Yorkdakı məşhur Metropolitan Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə aid arxiv sənədlərindən ibarət sərgi təşkil olunacaq.
Avrasiya Dialoq Mərkəzinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşəcək sərgidə dünyaca məşhur olan Metropolitan Muzeyinin İslam Sənət Departamenti tərəfindən Nizami Gəncəviyə aid əlyazmalar nümayiş olunacaq.
Muzeydə saxlanılan 20-dən çox nadir manuskriptin təqdim olunacağı sərginin açılışında İsgəndəriyyə Kitabxanasının (Misir) direktoru İsmail Seragəldin və Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freiberqa iştirak edəcəklər.
Sərginin Gəncədə, Bakıda və o cümlədən Gürcüstan tərəfdaşlarının müraciəti ilə Tbilisidə, habelə Yunanıstanın paytaxtı Afinada nümayişi də nəzərdə tutulur. ("OLAYLAR"İA)