Günay Musayeva od püskürdü
“Səni məhkəməyə verəcəyəm!”
17 Avqust 2012 20:01 MədəniyyətXəbər verdiyimiz kimi, dünən bəzi saytlarda Türkiyənin tanınmış aktyoru Tolqa Karel ilə ailə quran azərbaycanlı model Günay Musayevanın övladına kiçik toy etməsi barədə məlumatlar getmişdi. Bu gün isə başqa bir internet nəşrində belə bir xəbər gedib: "Gunay Musayeva övladına kiçik toy etməsini və onun kirvəsinin Elşən İbrahimov olduğunu təsdiqlədi". Haqqında yazılana Modern.az vasitəsi ilə münasibət bildirən ünlü model deyib ki, yanlış məlumatlara görə Publika.az saytının əməkdaşı Fuad Mədətovu məhkəməyə verəcək: "Fuad Mədətov mənimlə nə vaxt əlaqə saxlamısan? Sənin kim olduğunu da bilmirəm, amma yazdığın bütün yazılar yalandır. Bunlar üçün artıq məhkəmədə cavab verəcəksən".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31