Uitni Hyustonun son film ekranlara çıxır

Bu gün məşhur müğənni və aktrisa Uitni Hyustonun baş rolu ifa etdiyi son filmi ABŞ-da böyük ekranlara çıxarılır. "Sparkle " filmin rejissoru Salim Akiladır. Filmin çəkilişləri müğənninin dünyasını dəyişməsindən 3 ay əvvəl aparılıb. Xatırladaq ki, bu ay Uitninin 49 yaşı tamam olur.
Bu ekran əsəri atasız böyüyən 3 bacının həyatından bəhs edir. Sonradan bacılar məşhur insanlar olurlar. "Sparkle" də Hyuston bir mahnı ifa edir. O, bu mahnını filmdə baş rolun iştirakçısı, tanınmış amerikalı müğənni Cordin Sparksla birgə oxuyur.
Filmin büdcəsi isə 17 milyon dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31