Qırğız televiziyasında Azərbaycan kinosu ongünlüyü başlanır

20 avqust 2012-ci il tarixindən başlayaraq Qırğızıstan səfirliyi tərəfindən Azərbaycan kino sənətinin qızıl fonduna daxil olan bədii filmlərin Qırğız Respublikasının "İctimai Teleradio Korporasiyası" dövlət televiziya kanalında "Azərbaycan kinosu ongünlüyü"nün  nümayişinə başlanılacaqdır. Azərbaycan xalqının tarixini, adət-ənənəsini yaxından öyrənmək məqsədilə, ölkələrimiz arasında olan mədəni əlaqələrin genişləndirilməsinə xüsusi önəm verərək, Qırğız Respublikasının "İctimai Teleradio Korporasiyası" dövlət televiziya kanalı ilə səfirlik tərəfindən aparılmış danışıqların nəticəsi olaraq cari ilin 20-29 avqust 2012-ci il tarixlərində "Babək", "Nəsimi", "Axırıncı aşırım", "Dədə Qorqud", "Uzaq sahillərdə", "Arşın mal alan", "Yeddi oğul istərəm", "O olmasın bu olsun", "Bəxtiyar", "Koroğlu" filmləri   "Azərbaycan kinosu ongünlüyü" çərçivəsində nümayişə başlanacaqdır. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31